Məxfilik Siyasəti
Son yenilənmə: 2 sentyabr 2026
Hansı məlumatları toplayırıq
Kitabdanevar.com-da hesab yaradarkən aşağıdakı məlumatları toplayırıq:
- İstifadəçi adı, e-poçt ünvanı və şifrə (adi qeydiyyat zamanı) və ya Google hesabınızın adı və e-poçtu (Google ilə giriş seçdiyiniz halda — şifrənizi heç vaxt görmürük və saxlamırıq)
- Yazdığınız icmallar, mövzular və cavablar
- Rəfinizə əlavə etdiyiniz kitab/manqalar, istək siyahınız (fiqurlar) və oxuma tarixçəniz
- Fiqur sifarişi verdiyiniz halda: ad, telefon, çatdırılma ünvanı
- Profilinizdə əlavə etdiyiniz avatar, Instagram və vebsayt linki (könüllü)
Məlumatlardan necə istifadə edirik
Bu məlumatlar yalnız hesabınızı idarə etmək, icmallarınızı və community fəaliyyətinizi göstərmək, sifarişlərinizi icra etmək və sizə bildiriş göndərmək üçün istifadə olunur. Məlumatlarınız satılmır və reklam məqsədilə üçüncü tərəflərə ötürülmür.
Google ilə giriş
“Google ilə davam et” seçimini istifadə etdiyiniz zaman Google-dan yalnız adınızı və e-poçt ünvanınızı alırıq, hesabınızı yaratmaq/tanımaq üçün. Google hesabınızın şifrəsi və ya digər məlumatları bizə ötürülmür.
Kukilər (cookies)
Giriş sessiyanızı yadda saxlamaq üçün standart WordPress giriş kukiləri istifadə olunur. Bunlar sizi hər dəfə yenidən daxil olmaqdan qorumaq üçündür.
Məlumatların saxlanması və hüquqlarınız
Hesab məlumatlarınız hesabınız aktiv olduğu müddətcə saxlanılır. İstənilən vaxt bizimlə əlaqə saxlayaraq hesabınızın silinməsini və ya məlumatlarınızın bir nüsxəsinin verilməsini tələb edə bilərsiniz.
Bizimlə əlaqə
Məxfilik siyasəti ilə bağlı suallarınız üçün: hey@kitabdanevar.com