Aylıq kitab icmalları

Kitabda nə var?

Bura oxuduğun kitabın içində səni nə gözlədiyini əvvəlcədən kəşf edə biləcəyin bir məkandır.

 Bu layihə kitab sevənlərin bir araya gəlib fikirlərini bölüşməsi, yeni kitablar kəşf etməsi və oxu təcrübəsini daha maraqlı hala gətirməsi üçün yaradılıb. Biz inanırıq ki, hər kitab başqa bir dünyadır və o dünyaya addım atmazdan əvvəl kiçik bir bələdçi hər zaman faydalıdır.

 Saytımızda əsas məqsədimiz müntəzəm və keyfiyyətli kitab icmalları təqdim etməkdir. Hər ay fərqli janrlardan seçilmiş kitablar haqqında ətraflı icmallar paylaşılır.

“Biz sadəcə kitabın süjetini danışmırıq. Məqsədimiz oxucuya bu sualın cavabını verməkdir:
“Bu kitab mənlikdirmi?”

Burada:

  • Yeni kitablar kəşf edə bilərsən

  • Oxumadan əvvəl fikir sahibi ola bilərsən

  • Oxuduğun kitablarla bağlı başqa baxış bucaqları görə bilərsən

Gələcəkdə platformamız daha da genişlənərək istifadəçilərin öz icmallarını paylaşa bildiyi, müxtəlif oxu zövqlərinin bir araya gəldiyi böyük bir icmaya çevrilməyi hədəfləyir. Amma hər şey bir məqsədlə başlayır: yaxşı kitabları birlikdə tapmaq və paylaşmaq.

 

Əgər sən də kitabların içində itib-batmağı sevirsənsə, doğru yerdəsən.

Yeniliklərdən xəbərdar olmaq üçün ödənişsiz abone ol

Yeni gələn icmallardan və məlumatlardan xəbərdar olmaq üçün ödənişsiz abone ola bilərsən.