The Witcher Kader Kılıcı
Kader Kılıcı
- Olasılıkların Sınırı9 – 105
- Buz Parçası105 – 157
- Ebedi Ateş157 – 219
- Küçük Bir Özveri219 – 293
- Kader Kılıcı293 – 371
- Biraz Fazlası371 – 437
Rivyalı Geralt bir Witcherdir. Hələ kiçik bir uşaq ikən seçilmiş, yetişdirilmiş, sehrlərlə təchiz olunmuş və mutasiyalara məruz qalmış bir canavar ovçusudur. O, amansız, təhlükəli, qaranlıq və canavarlarla dolu bir dünyada yaşayır.
Bir Witcher-in həyatı asan deyil. Peşəsinin tələbi olaraq boğazına qədər çirkaba batır, bütün şəhəri təhdid edən ölümcül canavarların izinə düşür, bəzən isə dəniz pərilərini razı salmağa çalışır. Əsl məsələnin əjdahanı öldürmək deyil, onun xəzinəsinin necə bölüşdürüləcəyi olan bir macəraya istəmədən qoşulur, insanlarınmı, yoxsa qədim növlərinmi daha böyük canavarlar olduğuna qərar vermək məcburiyyətində qalır. Sehrbazlar, şahzadələr, canavarlar, feodallar, keşişlər, ozanlar və hər növdən məxluq bu torpaqlarda yaşayır, sağ qalmaq üçün döyüşür, sevir və nifrət edir. Bütün bunların arasında isə Rivyalı Geralt təkbaşına yoluna davam edir.
Olasılıkların Sınırı
Geralt ilə Borchun (Üç Qarğa) tanışlığı ilə başlayan hekayə, irəliləyiş etibarilə ikilinin bir-birilərini tanımağa çalışmaları ilə davam edir. Borch, Geraltın baxış bucağını öyrənmək üçün onu yeməyə dəvət edir və suallar verir. Öldürdüyü canlıları nəyə əsasən seçdiyini öyrənməyə çalışır. Witcherin əjdahalara qarşı məsafəli yanaşması Borchun diqqətini cəlb edirdi. Birlikdə səyahətə davam edərkən yolları körpünün bağlanması ilə kəsilir. Olanları öyrənməyə çalışarkən Witcher köhnə dostu Dandelion ilə qarşılaşır. Hadisələrə hakim olan Dandelion baş verənləri musiqili bir şəkildə izah edir. Çoraktarlada bir əjdahanın peyda olduğunu və insanların ona qarşı mübarizəsinin lazım olan nəticəni vermədiyindən bəhs edir.
Caingornlu kral Niedamir isə hadisələri öz lehinə çevirmək üçün bir fürsət görüb körpünü əjdahanı ovlamaq üçün keçmək istəyən şəxslərə bağlatmışdı. O, Malleore Prinsliyini əldə etməkdə qərarlı idi, lakin mümkün görünən asan yol şahzadə ilə evlənmək idi. Bunun üçünsə əsas şərt kralın əjdaha ovlamasıdır. Yüzillərdir əjdaha görünməyən torpaqlarda Niedamir silah zoru ilə Malleore Prinsliyini əldə etsə də, ortaya çıxan əjdaha xalqın gözündə yerini bərkitmək və aristokratları susdura bilmək üçün əla fürsət idi. Bunun üçün kral diyarın fərqli yerlərindən əjdahanı öldürmək üçün adamlar tutmuşdu, yalnız o və adamları əjdahanın arxasınca gedə bilsin deyə yolu bağlatmışdı.
Bu sırada başqa bir sima da bu barikadaya doğru gəlirdi. Bu, sehrbaz Dorregaray idi. Bütün bu hadisələr, sehrbaz Dorregarayın da onlara qoşulması və Witcherin də bu səyahətə maraqlı olması Borchu əyləndirməyə başlamışdı. Hətta bütün bunların hara gedəcəyini görə bilmək üçün böyük bir kisə rüşvət və xoş sözlərlə barikadanı açdırmağı bacarmışdı. Gecə düşmüşdü. Witcher və yoldaşları kralın karvanına çatmış, ocağın ətrafında digərlərinin söhbətlərini dinləyirdilər. Karvan getdikcə daha da qarışıq bir hal alırdı. Burada talançılar, cücələr, sehrbazlar, əsgərlər, yerli milis gücü, Witcher və s. fərqli istiqamətlərdən gələn şəxslər vardı. Ocağın ətrafında bir-birilərini ölçürdülər. Əjdahanın arxasınca gələnlər onu öldürdükdən sonra əldə ediləcək xəzinənin necə bölüşdürüləcəyini artıq danışmağa başlamışdılar.
Bütün bu hadisələrdə isə Witcherin diqqətini çəkən və burada olma səbəbi yalnız sehrbaz Yennefer idi. İkili arasında həllini tapmayan məsələlər vardı. Karvan uçurumun kənarı ilə dar və təpəli yollardan keçirdi. Dorregaray Witcherin atının yanına yaxınlaşdı. Aralarında olan söhbətdə Witcher aydın şəkildə anlamışdı ki, sehrbaz bir balansa inanırdı. Hər növün bir təbii düşməni olduğunu müdafiə edir, Witcherlərin isə insanların təbii düşmənlərini məhv etmə missiyalarını tənqid edirdi. Ona görə bu, insan nəslini deqradasiyaya aparırdı. Dorregarayın bu düşüncə tərzi karvanda olan digərlərini də narahat edirdi. Əjdaha ilə ov əsnasında araya girməyə çalışacağını düşünənlər vardı. Witcherin isə əsas diqqəti Yennefer ilə aranı düzəltmək şansında idi.
Arxadan ona Üç Qarğa yaxınlaşırdı. Witcher Borcha bütün günü insanların ona ilahi missiyası haqqında danışmasından şikayətlənirdi. Karvandakıları düşündü: Denesleli Eyckin ilahi missiyası insanları canavarlardan, bu vəziyyətdə əjdahadan qorumaq idi. Dorregarayda isə tam tərsi idi. Bəlkə də özünü talançılar və cücələrə yaxın hiss etmə səbəbi onların yalnız ciblərini doldurmaq haqqında düşünmələri idi. Anidən karvan dayandı. Uçurumdan keçmələri üçün köhnə bir körpü vardı, kral körpünün vəziyyətini dəyərləndirirdi. Bu sırada anidən yamac şiddətli bir şəkildə sarsılmağa başladı. Hər kəs izdihamlı şəkildə körpünü keçməyə çalışırdı. Witcher isə o izdihamda yerə yıxılıb yaralanan Yenneferin arxasınca qaçdı. Körpüyə doğru yönəldilər. Üzərində olduqları zaman körpü çökdü. Witcher isə zorluqla bir əli ilə tutmağa, digər əli ilə Yenneferi, tutmağa çalışırdı. Sonunda Dandelion və digərlərinin köməkliyi ilə uçurumdan düşməkdən son anda qurtuldular.
Artıq uçurumu keçmişdilər, amma karvandan az adam və təchizat qalmışdı. Witcher ona ipi atanın Eyck olduğunu eşidəndə inana bilmədi. Çünki Eyck Witcherləri lənətli, təbiətə zidd bir canlı olaraq görürdü. Nəinki Witcherləri, sehrbazları kafir, cücələri isə qaranlıq tanrılara tapan utancverici canlılar olaraq görürdü. Witcher Yenneferin basqısı ilə istəməyərək də olsa təşəkkür etdi. Karvandan ayrılmaq istərkən kəşfiyyat üçün göndərdikləri kunduracı gəldi. Əjdahanın yerini artıq bilirdilər. Hər kəs əjdahaya doğru yola çıxdı. Çatdıqlarında isə gördükləri mənzərə hər kəsi heyrətləndirmişdi. Karvanın arxasınca düşdüyü əjdaha bu deyildi. Bu, Qızıl Əjdaha idi. Zərifliyi ilə seçilən bu canlı sanki hər kəsin onu izləməsinə imkan verirdi. Bir əfsanə ilə qarşı-qarşıya idilər. Əjdahanı öldürmək haqqında müzakirələr başlamışdı. Dorregaray buna mane olmaq istəsə də, o da fərqində idi ki, bu qədər şəxsin qabağında tək dayana bilməzdi.
Düşünürəm ki, bu an Dorregaray gözündən prinsiplərin həyat ilə müqayisədə necə əhəmiyyətsiz qaldığını görürük. Medalyonun digər tərfin isə Eyck ilə müşahidə edəciyik. Hekayənin bu hisəsində Qızıl Əjdərha yəni Villentretenmerth karvandakılara ya qaçıb getməyi ya da köhnə üsul “Ahdi” silahlarla mübarizə təklifi edər. Bu açıq şəkildə Əjdərhanın digərləri kimi olmadığının və ciddi təhlükə ortaya qoyduğunu göstərsədə Eyck həyatı bahasına prisiplərindən keçməyərək bu birə-bir ölüm mübarizəsini qəbul etmişdi. Denesleli Eyck usta bir cəngavər olsada dövüş sahəsindən ölümcül yaralarla aparıldı. Bütün onlanlar kral üçün kifayət etmişdi. Adamlarını da götürüb bu ovdan geri qayıtmağa qərar vemişdi. Arxada isə əjdərhanı qorumaq və öldürmək düşüncəsində olan iki qrupu qoymuşdu. Axırda Əjdərhanın səbri bitərək üzərlərinə hücum etdi nə cücələr nə talançılar nə də Çoraktarla milis təşkilatı onun qarşısında dura bilmədi.
Bu icmal müəllifə məxsus əsərin analizi və şəxsi şərhidir. Əsərin hüquqları müvafiq nəşriyyata məxsusdur.