Redaksiya standartı
İcmal qaydaları
Bu qaydalar uydurulmayıb — istinad icmalı ölçülərək çıxarılıb. Məqsəd: bütün icmallar eyni səviyyədə olsun və telif hüququ probleminə düşməsin.
Həcm
Əsas mətn (spoylersiz)
550 – 900 söz
İstinad: 639. Bundan qısa — məlumat çatmır; uzun — oxucu yarımçıq qoyur.
Spoyler bölməsi
150 – 250 söz
İstinad: 175. «Necə bitir?» sualına cavab verir — səhnəni yenidən qurmur.
Bir cümləlik hökm
maksimum 20 söz
İstinad: 13. Bir cümlə, nöqtə ilə bitir.
Kitab nədən bəhs edir
2 – 3 cümlə · 35 – 60 söz
İstinad: 40 söz. Arxa qapağı köçürmə, öz sözlərinlə yaz.
Süjetin həddi
Toplu / hekayələr
maksimum 1 hekayə
Digərləri müstəqildir, oxucu onlar üçün alır. İstinad: 22%.
Roman
maksimum ilk 30%
Seriya romanları da daxil — hər kitab üçün ayrıca icmal, yalnız birinci pərdə.
Qeyri-bədii
bir fəslin arqumenti
Metod və nəticələr qalan fəsillərdə qalır.
Şəffaflıq
məcburi
«Neçə səhifə · neçə faiz · nə toxunulmayıb» yazılmalıdır.
Spoyler
Yer
ayrıca bölmə
Əsas mətndə sonluq, ölüm, kimlik açılışı OLMAZ.
Vəziyyət
bağlı gəlir
Bulanıq göstərilir, oxucu özü açır. Öz-özünə açılmır.
Keçid
məcburi cümlə
Əsas mətn «Bundan sonrası spoylerdir…» ilə bitir.
Üslub
konkret
Dolayı danışma — «necə bitir?» sualına birbaşa cavab ver.
NƏTİCƏ, koreoqrafiya yox
vacib
Kimin qalib gəldiyini yaz, döyüşün gedişini yox. «Muzdlular məğlub olur» — bəli; kimin kimi hansı ardıcıllıqla yıxdığı — xeyr.
Nə cavablanmalıdır
4 sual
Əsas düyün necə açılır · qəhrəman məqsədinə çatırmı · əsas personajların taleyi · son səhnənin mənası.
Köçürmə qadağası
Sitat
maksimum 15 söz
Dırnaqda, səhifə nömrəsi ilə. İcmalda 1-dən çox sitat olmamalıdır.
Cümlə quruluşu
təkrarlanmır
Sözləri dəyişib eyni cümləni yazmaq da köçürmədir.
Arxa qapaq
işlədilmir
Orada nəşriyyatın yazılı mətni var. Şəkil kimi də qoyulmur.
Ön qapaq
kiçik ölçüdə
Tanıtma məqsədilə, loqo kəsilmədən, alış linki ilə.
Üslub
Ton
dostuna danışırmış kimi
Akademik dil yox, sadə və ardıcıl.
Personajlar
ilk dəfə → bir cümləlik təqdimat
«Yennefer» adını izahsız yazma — oxucu bu dünyanı tanımaya bilər.
Quruluş
axıcı abzaslar
Spoyler bölməsində alt başlıq qoyma.
Xüsusi isimlər
nəşrdəki yazılışla
Borch, Çoraktarla, Niedamir — səsləndiyi kimi yox, yazıldığı kimi.
Termin
orijinalda saxla
«Witcher» tərcümə olunmur; ilk dəfə bir cümlə ilə izah olunur.
Telif və müraciət
Məsuliyyət kimindir
icmal yazarının
Sayt platformadır; icmalın məzmununa görə onu yazan cavabdehdir.
Şikayət ünvanı
telif@kitabdanevar.com
Nəşriyyat, müəllif, hüquq sahibi və ya oxucu — hamı yaza bilər.
Cavab müddəti
48 saat
Müraciət araşdırılır; lazım gələrsə icmal düzəldilir və ya silinir.
Qayda pozuntusu
icmal geri qaytarılır
Yazar qaydaları pozubsa icmal dərc olunmur; dərc olunubsa silinir.
Yanaşma
əvvəlcə danışıq
Məqsəd mübahisə deyil — problemi öz aramızda, məhkəməsiz həll etmək.
Məcburi bloklar
1 · Bir cümləlik hökm
məcburi
2 · Kimə uyğundur / uyğun deyil
məcburi · hər tərəfdən 3–5 bənd
İstinad: 4 və 4. Hər bənd ≈7 söz.
3 · Ölçülər
avtomatik
Yazar doldurmur — oxucular səsverməklə təyin edir.
4 · Bölmənin təhlili
məcburi · 6–10 abzas
İstinad: 9 abzas, 514 söz.
5 · Oxu təcrübəsi
məcburi · 3–5 bənd
Fəsil uzunluğu, baxış bucağı, nəsr, ritm, tərcümə.
6 · Məzmun xəbərdarlığı
varsa məcburi · 2–6 etiket
7 · Bənzərləri
məcburi · 2–4 kitab
Hər biri üçün bir sətir: niyə bənzəyir.
8 · Spoyler
istəyə bağlı
Varsa, yuxarıdakı bütün spoyler qaydalarına tabedir.
Bu qaydalara uyğun olmayan icmallar redaksiya tərəfindən geri qaytarılır.
Sual olarsa bizimlə əlaqə saxla.